Ucarda kütləvi zəhərlənmə hadisəsi olub.
Denmedia.az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən Mərcan Broyler MMC-yə məxsus quş əti emalı sexində qeydə alınıb.
İlkin məlumata görə zəhərlənmənin qidadan baş verdiyi etimal olunur.Dərhal əraziyə təcili tibbi yardım briqadasının əməkdaşları cəlb olunub və zəhərlənmədə şübhəli bilinən 14 nəfər rayon mərkəzi xəstəxanasına çatdırılıb.Həkimlər onların hər birinə ilkin tibbi yardım göstərib.
Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 30.12.2025-ci il tarixində saat 11:00 radələrindən etibarən zəhərlənmə şübhəsilə 14 nəfər (3 kişi, 11 qadın) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb.)
Qeyd edək ki, kütləvi zəhərlənməyə səbəb olan Mərcan Broyler MMC hazırda Ucar rayon İcra Hakimiyyətinin başçısı Mansur Məmmədova məxsus olduğu iddia olunur.
Faktla bağlı araşdırma aparılır.
Ellada Rəsul
Denmedia.az

