Tovuz rayonunda göldə qadın meyiti aşkarlanıb.
Hadisə rayonun Vahidli kəndində yerləşən göldə (Tovuzçay su anbarı) qeydə alınıb.
Denmedia.az yerli mətbuata istinadən xəbər verir ki, onun 25 yaşlı Nuranə Cəfərovaya aid olduğu müəyyənləşib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

