Saray qəsəbəsində uşaq dəm qazından boğularaq ölüb, anası isə ağır vəziyyətdədir.
Denmedia.az xəbər verir ki, bu barədə Saray qəsəbəsindən hadisə şahidləri məlumat verib.
Belə ki, 11 yaşlı Tahir Dadaşzadə yaşadığı ünvanda dəm qazından böğulub. Anası isə oğlunu xilas etmək istəyərkən o da boğulub.
Xəstəxanaya çatdırılan uşaq dünyasını dəyişib. Anası isə vəziyyəti orta ağırdır.
Məlumat üçün bildirək ki, azyaşlı evin tək oğlu imiş. Ən dəhşətlisi isə budur ki, ananın oğlunun ölümündən xəbəri yoxdur.
Dadaşzadə Tahir Tamerlan oğlu H.Axundov adına 3 saylı məktəbin 6-cı sinif şagirdidir.
Nizami Rəsulov
Denmedia.az

