Uzun sürən xəstəlikdən sonra əfsanəvi "Karvan" qrupunun qurucusu, direktoru və prodüseri Sevinc Kərimova 70 yaşında vəfat edib.
Bu barədə mərhumun ailə üzvləri sosial şəbəkədə məlumat yayıb.
Qeyd edək ki, Sevinc Kərimova dünən Dövlət başçısının imzaladığı Sərəncamla Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdi.

