ABŞ-ın Florida ştatının Cənub dairəsi üzrə federal məhkəməsi 2024-cü il seçki kampaniyası zamanı Donald Trampa qarşı sui-qəsd cəhdində təqsirli bilinən Rayan Uesli Ruta ömürlük həbs cəzasına məhkum edib. Bu barədə Fox News məlumat yayıb.
Telekanalın X sosial şəbəkəsindəki paylaşımında deyilir:
“Rayan Rut ömürlük həbs cəzasına məhkum edilib”.
Məlumata görə, Trampa qarşı sui-qəsd cəhdi 2024-cü il sentyabrın 15-də Florida ştatında, ABŞ liderinə məxsus Trump International qolf klubunun yaxınlığında baş verib. Məxfi Xidmət əməkdaşları qolf meydançası ətrafında təxminən 12 saat ərzində şübhəli davranış sərgiləyən şəxsi müşahidə ediblər. O, prezidentliyə namizədi gözləyərkən saxlanılıb; qaçmağa cəhd edən şəxs tutulub. Hücumçu atəş açmağa macal tapmayıb.
Sonradan 58 yaşlı Rayan Uesli Ruta sui-qəsd cəhdinə görə rəsmi ittiham irəli sürülüb. Bəzi məlumatlara görə, o, Ukrayna münaqişəsi ilə həddən artıq maraqlanıb və Ukrayna Silahlı Qüvvələrinə qoşulmağa dəfələrlə cəhd edib.

