Bakının Binəqədi rayonunda yerləşən İdrak liseyində baş verən atışma zamanı yaralanan müəllimənin şəxsiyyəti müəyyən edilib. Zərərçəkən 1997-ci il təvəllüdlü Şəhla Kamilovadır. O, Bakı Dövlət Universitetinin məzunudur.
Məlumata görə, Şəhla Kamilova 2014-cü ildə 260 saylı orta məktəbi yüksək nəticələrlə bitirib və ali təhsilini kompüter elmləri ixtisası üzrə alıb.
Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, hazırda istintaq aparılır.


