Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, hərbi cinayətlər, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi və digər ağır maddələri üzrə ittiham olunan Ermənistan vətəndaşı Ruben Vardanyanın cinayət işi üzrə açıq məhkəmə iclası 17 fevralda davam etdiriləcək.
Denmedia.az xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsi məlumat yayıb.
Fevralın 10-da keçirilən iclasda məhkəmə istintaqının başa çatdığı elan edilib, bundan sonra məhkəmə kollegiyası müşavirəyə yollanıb.

