Nepalın mərkəzi hissəsində sərnişin avtobusu Trişuli çayına düşüb, nəticədə azı 18 nəfər həlak olub. Bu barədə The Kathmandu Post qəzeti məlumat yayıb.
Məlumata görə, avtobus Pokharadan Katmanduya doğru hərəkət edirmiş. Naməlum səbəbdən nəqliyyat vasitəsi yoldan çıxaraq çaya aşıb.
Salonunda 35-dən çox sərnişin olub. Dhadinq rayon Yol Polisi İdarəsinin rəisi Şişir Thapa bildirib ki, ölənlərin sayı 18 nəfərə çatıb. Daha 25 yaralı xəstəxanalara çatdırılıb.
Hazırda xilasetmə əməliyyatına Nepal ordusunun hərbçiləri, polis əməkdaşları və yerli sakinlər cəlb olunub. Hadisənin başvermə səbəbləri araşdırılır.

