Lənkəranda özünü telekanal əməkdaşı kimi təqdim edərək sahibkarlardan pul tələb edən Şəhriyar Həsənzadə saxlanılıb.
Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, o, müxtəlif müəssisə və təşkilatların məsul şəxsləri ilə əlaqə saxlayaraq guya onların işgüzar nüfuzuna zərər vura biləcək reportaj hazırladığını iddia edib.
Həmin materialların televiziya və sosial şəbəkələrdə yayılmaması müqabilində isə müxtəlif məbləğlərdə pul tələb edib.
Nazirlikdən qeyd olunub ki, Ş.Həsənzadənin qanunsuz əməlləri ilə bağlı araşdırmalar davam etdirilir.

