Ağ Evin yaxınlığında atışma törədən şəxs aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Bu barədə The Wall Street Journal jurnalisti Meridit Makqrou X sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, ilkin araşdırma həmin şəxsin yaxınlaşarkən çantasından silah çıxardığını və növbədə olan polis əməkdaşlarına atəş açmağa başladığını göstərir.
Hadisənin digər detalları hələlik açıqlanmayıb. Araşdırma davam edir.

