Ağdam rayonunda kişi bədbəxt hadisə nəticəsində ölüb.
Hadisə iyunun 28-də axşam saatlarında şəhər ərazisindəki fərdi yaşayış evlərindən birinin həyətində baş verib.
Şəhər sakini, 1955-ci il təvəllüdlü Baxşeyiş Bayram oğlu Əmirov ehtiyatsızlıqdan yaşadığı evin pilləkənindən yıxılıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

