Xaçmaz rayonunda avtomobilin su hovuzuna düşməsi nəticəsində 72 yaşlı sürücü həyatını itirib.
Hadisə rayonun Ağyazıbuduq kəndi ərazisində baş verib. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə içərisində bir nəfərin olduğu avtomobilin su hovuzuna düşməsi barədə məlumat daxil olub.
Məlumat əsasında əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb ediliblər.
Dalğıclar qaldırıcı kranın köməyi ilə avtomobili və onun içərisində olan 72 yaşlı Rafiq Paşa oğlu Kərimovun meyitini sudan çıxarıblar.
İlkin məlumata görə, “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq su hövzəsinə düşüb.
Hadisə ilə bağlı araşdırma aparılır.

