Ağstafada kişi meyiti aşkarlanıb.
DenMedia.az apa-ya istinadla bildirir ki, meyit Həsənsu kəndində qəbiristanlığın yaxınlığında tapılıb.
Meyiti aşkarlanan şəxsin rayon sakini, 46 yaşlı Z. Yolçiyev olduğu müəyyənləşdirilib.
Ölümün səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

