Neftçala rayonunun Həsənabad qəsəbəsində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Denmedia.az Unikal-a istinadən xəbər verir ki, qəsəbə sakini 1962-ci il təvəllüdlü Rövşən C.-ni gürzə sancıb.
Məlumata əsasən, kişi hadisədən sonra ilanı öldürməyə macal tapsa da, bir müddət sonra vəziyyəti kəskin şəkildə pisləşib.
Ailə üzvlərinin baş verənlərdən gec xəbər tutduğu bildirilir. Bu səbəbdən kişinin həyatını xilas etmək mümkün olmayıb.
Rövşən C. Həsənabad qəsəbə qəbiristanlığında dəfn edilib.

