Füzuli rayonunda 12 yaşlı yeniyetmə atdan yıxılaraq aldığı xəsarətlərdən vəfat edib.
Denmedia.az lent.az-a istinadla xəbər verir ki, hadisə avqustun 15-də Zobucuq-5 qəsəbəsi ərazisində baş verib.
Qarğabazar kənd sakini, 12 yaşlı Röyal Rasim oğlu Namazov atdan yıxılaraq ağır xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilərək müalicə olunub.
Həkimlərin səylərinə baxmayaraq, Röyal Namazov avqustun 28-də müalicə aldığı xəstəxanada həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.

