Şahbuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 3 nəfər həyatını itirib, 9 nəfər isə xəsarət alıb.
Hadisə rayonun Gömür kəndi ərazisində qeydə alınıb. Dağlıq ərazidə hərəkətdə olan “Toyota Prado” markalı, 68-BE-050 dövlət qeydiyyat nişanlı avtomobil aşıb.
Qəza nəticəsində Şərur rayonunun Oğlanqala kənd sakinləri — 1975-ci il təvəllüdlü Nazim Abdullayev, onun 2017-ci il təvəllüdlü qızı Firuzə Abdullayeva və 2006-cı il təvəllüdlü Pərvin Şıxəliyev həyatını itirib.
Hadisə zamanı daha 9 nəfər xəsarət alıb. Yaralılar Naxçıvan Muxtar Respublikası Xəstəxanasına çatdırılıblar. Onlardan 2-nin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Denmedia.az

