Tovuz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az apa-ya istinadla xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata əsasən, “Chevrolet” və “Mercedes” markalı minik avtomobilləri toqquşub. Zərbənin gücündən avtomobillərdən biri yol kənarında park edilmiş “Opel” və VAZ-2106 markalı avtomobillərə çırpılıb.
Zəncirvari qəza nəticəsində “Mercedes”in sürücüsü, 2004-cü il təvəllüdlü A.Qasımov ağır xəsarətlər alıb. O, xəstəxanaya aparılarkən yolda həyatını itirib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

