Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes” markalı avtomobildə yanğın baş verib.
Hadisə Ələt qəsəbəsində, Bakı–Qazax avtomobil yolunda qeydə alınıb.
Denmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə ilə bağlı FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olduqdan sonra əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində müəyyən edilib ki, “Mercedes” markalı minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib və avtomobildə yanğın başlayıb.
Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alov qısa müddətdə söndürülüb. Avtomobilin mühərrik hissəsi yanıb, qalan hissəsi isə yanğından mühafizə olunub.

