Şamaxı Ağsu rayonlarının sərhədində Şərədil kəndi yaxınlığında yanğın hadisəsi qeydə alınıb.
Bu barədə Denmedia.az-a hadisə şahidləri məlumat verib.
Belə ki, yanğın 6 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Şamaxı meşəbəyliyinin 6-cı dolayında, bələdiyyənin örüş sahəsindəki, Dövlət Meşə Fondunun sərhədində qeydə alınıb.
Yanğın meşə təsərrüfatı işçilərinin operativ və aktiv müdaxiləsi nəticəsində qısa müddətdə söndürülüb. Ərazi dağlıq və sıx meşə zolağı olduğu üçün yanğın kol-kos olan örüş sahəsində vaxtında lakalaşdırılıb.
Hadisə nəticəsində yanğının meşə fonduna keçməsinin qarşısı alınıb.
Qeyd edək ki, bələdiyyə torpaqları ilə sərhəd olan meşə ərazisinə yanğın keçməyib.








Ellada Rəsul
Denmedia.az

