Kürdəmir rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qəza Bakı-Qazax magistralının Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “KamAZ” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub.
Nəticədə Bərdə rayon sakinləri – 2001-ci il təvəllüdlü Şəhriyar Sevindik oğlu Ağazadə, 1990-cı il təvəllüdlü Elvüsal Əhməd oğlu Mustafayev, 1993-cü il təvəllüdlü Fərahim Eyvaz oğlu Hüseynov və şəxsiyyəti hələlik müəyyənləşdirilməyən daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralıların hamısı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

