Yevlaxda qeysəriyyə əməliyyatı zamanı körpə ölüb.
Hadisə oktyabrın 19-da qeydə alınıb.
Bildirilib ki, 1996-cı il təvəllüdlü, Yevlax rayonunun Səmədabad kənd sakini Çimnaz Elçin qızı Paşayeva doğuş üçün Yevlax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Qeysəriyyə əməliyyatı zamanı onun körpəsi həyatını itirib.
Faktla bağlı Yevlax Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

