Bakının Səbail rayonunda, Dənizkənarı Milli Park ərazisində bir nəfər dənizdə batma təhlükəsi ilə üzləşib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, hadisə ilə bağlı “112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında dərhal əraziyə FHN-in “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.
Dalğıcların keçirdiyi operativ xilasetmə əməliyyatı nəticəsində həmin şəxs ölümdən xilas edilib.
Xilasetmə əməliyyatında Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidmətinin əməkdaşı və kömək məqsədilə suya daxil olan vətəndaş da iştirak ediblər.

