Göyçay rayonunda bir neçə evdən pul və məişət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, naməlum şəxslər evlərə daxil olaraq 24 min manatdan çox pul və 2500 manat dəyərində məişət əşyası oğurlayıblar.
Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən R.Ağayev və onun qayınatası R.Dadaşov saxlanılıblar.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


