noy
2023
09:56
138

Balakən sakinləri odlu silahla tutuldu - FOTO

3 noy, 2023
09:56
138

Balakən sakinləri odlu silahla tutuldu - FOTO

Balakəndə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Den.az-a verilən məlumata görə, keçirilən əməliyyatlar zamanı Gərəkli kəndi ərazisində 2 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silahlara məxsus 2 sandıqça və 57 ədəd patron aşkar olunaraq polis əməkdaşları tərəfindən götürülüb.

Polis şöbəsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində isə rayon sakinləri – Mahir Ağcayevdən, Salim Umrayevdən və Ramiz Ömərovdan qanunsuz saxladıqları nömrəsi silinmiş 3 ədəd “İJ” markalı ov tüfəngi götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.
Balakən sakinləri odlu silahla tutuldu - FOTO

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar