Dekabrın 10-da Goranboyun Xanqərvənd kəndində Göyçay rayon sakini 15 yaşlı Sadiq Qurbanovun öldüyü hadisənin təfərrüatı məlum olub.
“Den.az” xəbər verir ki, Göyçayın Hacalıkənd sakini, həmin kənddəki orta məktəbin 9-cu sinif şagirdi olan 2008-ci il təvəllüdlü Qurbanov Sadiq Fariz oğlu Goranboya qohumları ilə birgə gedibmiş.
Belə ki, dərs olmayan gün Sadiq Goranboyda usta işləyən qohumu ilə birgə bu rayonun Xanqərvənd kəndinə yollanıb. Ustaların işlədiyi ərazidə olarkən Sadiq də Xanqərvənd kənd bələdiyyəsinin binasının damına çıxıb. Bu zaman dam örtüyü qırılıb və sadiq damdan otaqların birinə düşüb. Nəticədə onun başı inzibati binanın otağındakı stolun kənarına dəyib və yeniyetmə aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
İlkin məlumatda bildirilir ki, S.Qurbanov binanın damına təsərrüfatda gübrə kimi istifadə edilən quş peyini toplamaq üçün çıxıbmış.
15 yaşlı məktəblinin öldüyü hadisənin təfərrüatı - FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.