19 
yan
2024
09:19
135

Bakıda 3 nəfər liftdə qaldı - VİDEO

19 yan, 2024
09:19
135

Bakıda 3 nəfər liftdə qaldı - VİDEO

Xətai rayonu, Gəncə prospektindəki doqquzmərtəbəli yaşayış binasının liftində 3 nəfər köməksiz vəziyyətdə qalıb.

Den.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, əraziyə FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Məlum olub ki, elektrik enerjisinin kəsilməsi səbəbindən doqquzmərtəbəli çoxmənzilli yaşayış binasının lifti altıncı mərtəbədə dayanıb və 2-si azyaşlı olmaqla 3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapısını açaraq sakinləri xilas ediblər.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar