İran raketləri İsrailin “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemini yararaq Tel-Əvivə zərbə endirib.
Bu barədə SNN məlumat yayıb.
Məlumata görə, İran raketləri İsrailin “Dəmir Qübbə” (Iron Dome) raketdən müdafiə sistemini keçərək Tel-Əviv istiqamətində zərbələr endirib.
Hazırda zərərçəkənlər və dağıntılar barədə rəsmi məlumat verilməyib.
İsrail hakimiyyəti hadisə ilə bağlı hələlik açıqlama verməyib. Raketlərin konkret olaraq hansı obyektləri hədəf aldığı da dəqiqləşdirilməyib.

