ABŞ Dövlət Departamenti Ukraynaya HAWK zenit-raket komplekslərinin texniki xidməti üçün avadanlıq və xidmətlərin satışını nəzərdə tutan potensial sazişi təsdiqləyib.
Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında məlumat dərc olunub.
Məlumata görə, paketın ümumi dəyəri 108,1 milyon dollar qiymətləndirilir.
Kiyev HAWK kompleksləri üçün ehtiyat hissələri, komponentlər, həmçinin modernləşdirmə, təmir və texnikanın geri qaytarılması ilə bağlı xidmətlərin alınmasını istəyib.
Əsas podratçı kimi Sierra Nevada Corporation müəyyən edilib.
Dövlət Departamenti bildirib ki, bu satış ABŞ-ın milli maraqlarına uyğundur və regiondakı qüvvələr balansına təsir göstərməyəcək.
Amerika rəsmiləri həmçinin hesab edirlər ki, bu saziş ABŞ Silahlı Qüvvələrinin döyüş hazırlığına zərər vurmayacaq.

