İran raket arsenalının 90 faizini qoruyub saxlayıb, yeni raketlərin istehsal tempi isə onların istifadə həcmindən daha yüksəkdir.
Bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanının müşaviri Məhəmməd Rza Nəğdi Livanın “Al-Mayadeen” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, silah ehtiyatları yeni raketlərin istehsalı hesabına artırılmağa davam edir.
Nəğdi qeyd edib ki, İran düşmənin hava zərbələri nəticəsində dağıdılmış raket istehsalı müəssisələrini də bərpa edib. Onun sözlərinə görə, istehsal obyektləri qorunan ərazilərə köçürülüb və qabaqcıl avadanlıqlarla təchiz olunub.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun rəsmi nümayəndəsi Hüseyn Mohebi ABŞ-nin Larak adasına endirdiyi zərbələri strateji və taleyüklü səhv adlandırıb. Onun sözlərinə görə, bu addım qüvvələr balansını Vaşinqtonun xeyrinə olmayan istiqamətdə dəyişə və ABŞ üçün ağır nəticələrə səbəb ola bilər.
ABŞ Prezidenti Donald Tramp isə bildirib ki, İran nüvə silahına malik olsaydı, İsrail artıq mövcud olmazdı. Amerika lideri eyni zamanda iranlıları son dərəcə “qəddar və pis insanlar” adlandırıb.

