Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri Şuşa şəhərinə səfər ediblər.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi «X» sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani Şuşa şəhəri ilə tanış olublar.

Nazirliyin məlumatına görə, səfər oktyabrın 2-də keçiriləcək Azərbaycan–Türkiyə–Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü ərəfəsində baş tutub.

«Nazirlər üçtərəfli görüşdən əvvəl Şuşa şəhərində baxış keçiriblər», – deyə Türkiyə Milli Müdafiə Nazirliyinin paylaşımında bildirilib.

