11 
apr
2024
14:14
75

“İrəvan” klubunun prezidenti saxlanıldı

11 apr, 2024
14:14
75

“İrəvan” klubunun prezidenti saxlanıldı

Azərbaycanda futbol klubunun prezidenti hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

“Den.az” Oxu. Az-a istinadən xəbər verir ki, Birinci Liqa təmsilçisi “İrəvan” klubunun prezidenti Zahid Niyazəliyev hazırda istintaq altındadır.

Klubun mətbuat katibi Mübariz Süleymanlının açıqlamasına görə, hüquq-mühafizə orqanlarının apardığı təhqiqat “İrəvan”da ciddi maliyyə pozuntularının olduğunu üzə çıxarıb. Söhbət təqribən 30 min manatın təyinatı üzrə xərclənməməsindən gedir.

Qeyd edək ki, komandanı hazırda vitse-prezident Həsən Həsənov idarə edir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar