Bu gün Almaniyada təşkil olunan Avropa çempionatının qalibi müəyyənləşəcək.
“Den.az” xəbər verir ki, finalda İspaniya və İngiltərə milliləri üz-üzə gələcək.
Matçı fransalı hakim Fransua Leteksye idarə edəcək. Görüş saat 23:00-da start götürəcək.
AÇ-2024
Final
14 iyul
23:00. İspaniya - İngiltərə
Qeyd edək ki, İngiltərə millisi yarımfinalda Niderlanda 2:1 hesabı ilə qalib gəlib. İspaniya yığması isə Fransanı məğlubiyyətə uğradıb - 2:1.
***
Avro-2024-ün finalında bu gün keçiriləcək İspaniya - İngiltərə oyunu üçün start heyətlər müəyyənləşib.
“Den.az” xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq matçda meydana aşağıdakı tərkibdə çıxacaqlar:
İspaniya: Unai Simon; Dani Karvahal, Robin Le Normand, Emerik Laport, Mark Kukurella, Rodri, Fabian, Dani Olmo, Lamine Yamal, Nico Uilliyams, Morata
İngiltərə: Pikford, Quehi, Stounz, Uolker, Şou, Saka, Kobbi, Rays, Bellinqem, Foden, Keyn
***
Matç başladı.
Niko Uilyams 46-cı dəqiqədə vurduğu qolla İspaniya hesabıa açır.
***
Palmer 72-ci dəqiqədə vurduğu qolla hesabı bərabərləşdirir - 1:1.
***
86-cı dəqiqə İspaniya yenidən hesabda önə keçir.
***