Sabirabadda 16 yaşlı oğlan kanalda boğulub.
“Den.az” xəbər verir ki, 2009-cu il təvəllüdlü Əhmədabad kənd sakini Bayram Şahin oğlu Bilalov dünən saat 13 radələrində su kanalında çimərkən boğularaq ölüb.
Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.