Bu gün UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb.
Den.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirlən pükatma mərasimində Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibi məlum olub.
Azərbaycan çempionu "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Komandamız ilk oyunu səfərdə keçirəcək.
Qeyd edək ki, Çempionlar Liqasında2-ci təsniat mərhələsinin matçları 22/23 və 29/30 iyulda oynanılacaq.