Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu Lionel Messini transfer etmək üçün hərəkətə keçib.
Den.az xəbər verir ki, danışıqlar aparmaq üçün "Əl-Hilal" klubunun prezidenti Fəhd bin Nafel ABŞ-yə səfər edib. Fəhd bin Nafel Messinin nümayəndələri ilə görüşüb.
Qeyd edək ki, Lionel Messi "İnter Mayami" ilə müqaviləsini yeniləməyib. Bundan əvvəl Səudiyyə Ərəbistanı klubunun Messi üçün çox yüksək məbləğdə təklif hazırladığı barədə xəbərlər dərc edilmişdi.