Portuqliyalı məşqçi Fernandu Santuşun Azərbaycan millisindən göndərilməsindən sonra komandaya kimin rəhbərlik edəcəyi məlum olub.
Denmedia.az xəbər verir ki, yığmanı DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ukrayna ilə baş tutacaq oyuna U-21 millisinin və "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov çıxaracaq. Bu barədə AFFA-nın baş katibi Cahangir Fərəcullayev məlumat verib.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç avqustun 9-da saat 20:00-da başlayacaq.Publika.az