"Qarabağ" Premyer Liqada heç-heçə edib.
Denmedia.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv IV turda "Zirə" ilə üz-üzə gəlib
"Azersun Arena"dakı qarşılaşma heç-heçə yekunlaşıb - 1:1.
39-cu dəqiqədə Ruan Renato "qartallar"ı hesabda önə keçirib. 81-ci dəqiqədə meydan sahiblərindən Kadi Borges tarazlığı bərpa edib.
Xallarının sayını 8-ə çatdıran "Zirə" ikinci pillədə qərarlaşıb. Ağdam klubu 4 xalla hələlik beşinci sıradadır.