Denmedia.az xəbər verir ki, məşhur Forbes jurnalının 2025-ci il üçün açıqladığı reytinqə görə, Kriştianu Ronaldu dünyanın ən çox gəlir əldə edən futbolçusu adını yenidən qaytarıb.
“Əl-Nəsr” klubunda çıxış edən portuqaliyalı ulduzun illik qazancı 280 milyon dollar olub. Bunun təxminən 50 milyonu reklam müqavilələrindən əldə edilib.
İkinci yerdə Lionel Messi qərarlaşıb — onun illik gəliri 130 milyon dollardır, və bu məbləğin 70 milyonu brendlərlə reklam anlaşmalarından gəlib. Maraqlısı budur ki, Ronaldo ilə Messi arasında yaranan 150 milyon dollarlıq fərq, Forbes tarixindəki ən böyük fərqdir!
Üçüncü yeri isə Karim Benzema tutub — “Əl-İttihad” klubunun hücumçusu 104 milyon dollar qazanıb.
Reytinqin davamı:
-
Kylian Mbappé — 98 milyon $
-
Erling Haaland — 60 milyon $
-
Vinicius Junior — 45 milyon $
-
Mohamed Salah — 42 milyon $
-
Jude Bellingham — 38 milyon $
-
Lamin Yamal — 18 milyon $ (və Forbes tarixinin ən gənc oyunçusu!)