"Real Madrid"in ulduz futbolçusu Kylian Mbappe sabah komandasının "Mançester Siti" ilə oynayacağı vacib matçda meydana çıxa bilməyəcək.
Denmedia.az xəbər verir ki, futbolçunun sol syağındakı ağrilar şiddətləndiyi üçün o, əsas heyətdən kənarda qalib. Mbappe zədə üzündən bu gün məşqə cixmayıb. 27 yaşlı hücumçunun "Mançester Siti" kimi güclü rəqiblə qarşılaşmada meydanda olmaması "Real Madrid" üçün ciddi itki sayılır.
Qeyd edək ki, Mbappe bu mövsüm İspaniya çempionatında keçirilən 16 matçda rəqib qapılarından 16 qol keçirib. Çempionlar Liqasında 5 oyunda meydana çıxan fransalı hücumçu 6 dəfə fərqlənib.

