Paris məhkəməsi futbol klubu “Pari Sen-Jermen”i (PSJ) sabiq kapitanı Kilijan Mbappeyə təxminən €61 milyon ödəməyə məcbur edib.
Bu barədə RMC Sport məlumat yayıb. Məbləğ futbolçunun 2024-cü ildə azad agent kimi “Real”a keçidindən sonra ödənilməmiş maaş və bonuslara görə kompensasiyadır.
Daha əvvəl Fransa Futbol Liqası (LFP) PSJ-yə Mbappeyə €55 milyon ödəməyi tapşırsa da, klub qərarı icra etməmiş və məhkəməyə müraciət etmişdi. Məhkəmə çəkişmələri zamanı PSJ-nin hesabları qısa müddətə dondurulsa da, son qərarda məhkəmə futbolçunun tərəfini tutub.
PSJ-nin Mbappeyə qarşı irəli sürdüyü €440 milyonluq əks-iddia tam şəkildə rədd edilib.

