Azərbaycanlı cüdoçular bu gün Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” seriyalı turnirdə mübarizəyə başlayırlar.
DenMedia.az report-a istinadən xəbər verir ki, yarışın ilk günündə tatamiyə üç idmançı çıxacaq.
Balabəy Ağayev (60 kq) 1/16 final mərhələsində Cənubi Koreyadan Kim Hvasu ilə İspaniyadan Fransisko Qarrigos cütünün qalibi ilə üz-üzə gələcək.
Nazir Talıbov (66 kq) eyni raundda Portuqaliyadan Migel Qaqo və Qırğızıstandan Erbol Abasbekov cütünün qalibi ilə qarşılaşacaq.
Ruslan Paşayev (66 kq) isə Monteneqrodan Yusuf Nurkoviç və Macarıstandan Bence Ponqrats arasında keçiriləcək duelinin güclüsü ilə mübarizə aparacaq.
Qeyd edək ki, “Böyük Dəbilqə” turniri 8 fevral tarixində başa çatacaq. Azərbaycan bu nüfuzlu yarışda 8 cüdoçu ilə təmsil olunur.

