Boksun Şöhrət Zalının üzvü Mike Tyson və beş çəki dərəcəsində sabiq dünya çempionu Floyd Mayweather Jr. aprelin 25-də nümayiş xarakterli döyüş keçirəcəklər. Bu barədə The Ring insayderi Mike Coppinger sosial şəbəkədə məlumat yayıb. Qarşılaşma Konqoda baş tutacaq.
59 yaşlı Mike Tyson peşəkar karyerası ərzində 59 döyüş keçirib. O, 50 qələbə qazanıb, bunların 44-ü nokautla olub və 7 məğlubiyyət alıb. 2011-ci ildə Beynəlxalq Boks Şöhrət Zalına daxil edilib. 2024-cü ilin noyabrında o, bloqer Ceyk Pol ilə döyüşüb və 8 raundun yekununda hakimlərin yekdil qərarı ilə uduzub.
48 yaşlı Floyd Mayweather Jr. 2017-ci ildə peşəkar karyerasını başa vurub. Amerikalı boksçu peşəkar rinqdə keçirdiyi 50 döyüşün hamısında qalib gəlib, 27 qələbəni nokautla qazanıb.

