Döyüşçü İlya Topuriya keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun döyüş üslubunu sərt şəkildə tənqid edib.
O bildirib ki, Həbib Nurməhəmmədov karyerası boyunca çox da baxımlı döyüşlər nümayiş etdirməyib və ona olan maraq əsasən məğlubedilməz qalması ilə bağlı olub.
Topuriyanın sözlərinə görə, son iki görüş istisna olmaqla, Həbibin döyüşləri tamaşa baxımından cəlbedici olmayıb.
“Açığını desəm, onun döyüş üslubu mənə heç vaxt xoş gəlməyib”, – deyə İlya Topuriya vurğulayıb.
Xatırladaq ki, Həbib Nurməhəmmədov 2018-ci ildə UFC 229 turnirində Konor Makqreqoru məğlub etmişdi. O, son döyüşünü isə 2020-ci ildə Castin Qeyciyə qarşı keçirərək qalib gəlib və bundan sonra peşəkar karyerasını başa vurduğunu açıqlamışdı.
Hazırda Həbib Nurməhəmmədov aktiv döyüşlərdə iştirak etməsə də, MMA dünyasında məşqçi və təşkilatçı kimi fəaliyyətini davam etdirir.

