UFC prezidenti Dana White mətbuat konfransında təşkilatın yarımorta çəki dərəcəsində çempionu olan rusiyalı döyüşçü İslam Maxaçevin zədələndiyini açıqlayıb.
Onun sözlərinə görə, döyüşçünün əlində problem var.
“Bilmirəm, əlində hansısa problem var. Nə qədər ciddi olduğunu və onu nə qədər müddətə sıradan çıxardığını bilmirəm. Amma hazırda o zədəlidir”, — deyə Dana White bildirib.
Martın 4-də yayılan məlumata görə, Maxaçev növbəti döyüşünü Maykl Moralesə qarşı keçirəcək. Qarşılaşma Las Veqasda təşkil olunacaq Beynəlxalq Döyüş Həftəsi çərçivəsində baş tutacaq və rəqiblər 12 iyulda oktaqona çıxacaqlar.
34 yaşlı Maxaçev uzun illər yüngül çəkidə (70,3 kq-a qədər) dominant çıxış etdikdən sonra yarımorta çəki dərəcəsinə yüksəlib. O, UFC çempionu titulunu qazanaraq Cek Della Maddalena üzərində qələbə əldə edib və bu çəkidə dörd uğurlu titul müdafiəsi ilə rekord müəyyənləşdirib. Yeni çəkiyə keçmək üçün isə yüngül çəkidəki çempionluq kəmərindən imtina edib.
Qeyd olunur ki, Maxaçevə qədər UFC-də iki fərqli çəki dərəcəsində çempionluq qazanan rusiyalı döyüşçü olmayıb.

