Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb.
Üçüncü yer uğrunda görüşdə o, İspaniya təmsilçisi Anton Şuxaliyevi məğlub edib.
Digər Azərbaycan idmançıları — Kəmran Süleymanov (73 kq), Sudabə Ağayeva və Aytac Qardaşxanlı (hər ikisi 70 kq) — çıxışlarını medalsız başa vurublar.
Bundan bir gün əvvəl isə Turan Bayramov (66 kq) gümüş medal qazanıb.

