"Sabah" Futbol Klubu bu mövsüm Azərbaycan Premyer Liqasının qalibi olub.
Sonuncu, 21-ci turda "Neftçi" evdə "Qarabağ"la qarşılaşıb. "Palms Sports Arena"da keçirilən oyun ev sahibi komandanın 2-1 hesablı qələbəsi ilə başa çatıb.
"Ağ-qaralar"ın heyətində Emil Səfərov 55-ci dəqiqədə, Bassal Sambu isə 90+2-ci dəqiqədə fərqlənib. 85-ci dəqiqədə komandanın müdafiəçisi Elvin Bədəlov öz qapısına qol vurub.
Turdan sonra "Neftçi" 47 xalla turnir cədvəlində dördüncü yerə yüksəlib. 59 xalla "Qarabağ" liqada 72 xalla lider olan "Sabah"ı geridə qoya bilməyib. Beləliklə, "Sabah" tarixində ilk dəfə Azərbaycan çempionu olub.


