Bakıda keçiriləcək “Formula 1” Azərbaycan Qran-prisi üçün könüllülərin qeydiyyatı başlayıb.
Bu barədə Baku City Circuit əməliyyat şirkəti məlumat yayıb. Bildirilib ki, könüllü proqramında iştirak üçün minimum yaş həddi 16 yaşdır.
Seçim prosesi zamanı xarici dil bilən namizədlərə üstünlük veriləcək.
Qeyd edək ki, 2025-ci ildə proqram üçün 30 mindən çox müraciət daxil olub, lakin onlardan cəmi 2 min nəfər seçilib. Bu isə könüllü proqramında rəqabətin yüksək olduğunu göstərir.
Xatırladaq ki, Azərbaycan Qran-prisi 24–26 sentyabr tarixlərində keçiriləcək.

