Babək Qələmzadə Rumıniyada keçirilən 28-ci Fudokan karate üzrə Avropa çempionatında mütləq çəki dərəcəsində Avropa çempionu olub.
Azərbaycan idmançıları nüfuzlu turnirdə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə iştirak edirlər.
Komanda "Fudokan" karate nümayəndəsi Vüsal Abdullazadə və baş məşqçi Bəşir Mahmudovun rəhbərliyi altında çıxış edir.
Qeyd edək ki, böyüklər arasında Avropa çempionatı, eləcə də yeniyetmə və gənclər arasında Avropa Kuboku yarışları mayın 10-da başa çatacaq.
Hazırda bir neçə azərbaycanlı yeniyetmə və gənc karateçi Avropa Kubokunun medalları uğrunda mübarizəni davam etdirir.

