Madridin “Real” klubu prezident və idarə heyəti üçün növbədənkənar seçkilər keçiriləcəyini elan edib. Bu barədə klubun rəsmi saytında məlumat verilib.
Seçki komissiyası namizədliklərin qəbuluna başlayıb. Proses 2026-cı il mayın 14-dən 23-dək davam edəcək.
Birdən çox namizəd olacağı təqdirdə, səsvermənin tarixi və yeri daha sonra elan ediləcək. Həmçinin poçtla səsvermə imkanı da nəzərdə tutulub.
Seçki prosesinin başlanması ilə bağlı qərarı daha əvvəl klubun hazırkı prezidenti Florentino Peres təsdiqləyib.

