Xorvatiyanın Zaqreb “Dinamo”sunun azarkeşlərinə azı mövsümün sonunadək komandanın avrokuboklarda səfər oyunlarına gəlmək qadağan edilib.
"Den.az" xəbər verir ki, bu barədə UEFA bəyanat yayıb.
Avqustun 7-də Yunanıstanın paytaxtı Afinada Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunundan bir gün öncə yerli AEK və “Dinamo” azarkeşləri arasında kütləvi dava olub, bir nəfər ölüb. Nəticədə matç ertələnib. İlk görüş avqustun 15-də baş tutub və AEK-nin səfərdə 2:1 hesablı qələbəsi ilə başa çatıb. Avqustun 19-da Afinada keçirilən ikinci görüşdə komandalar bərabərə qalıb (2:2), “Dinamo” Avropa Liqasının seçmə mərhələsinin pley-off mərhələsində çıxışını davam etdirəcək.(Oxu.Az)
UEFA-dan Zaqreb “Dinamo”sunun azarkeşlərinə sərt QADAĞA - FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.